[Verse 1]
Boyum olardı dizdən, qırlı, damlı evimizdə
Yadıma gəlir yaşlı ağac vardı köhnə həyətimizdə
Danışım sizə: gecə oyanıb gizlin
Budaqlarına parça asıb ev diləyimizdən
Bulanıb tutur uşaqlığım bütün
7 yaşda ciyərlərimə qonaq elədim tütün
Utanırdım xəstəliyimi başqa kimsə görsün
Dodaqlarımı kəsib qanını yanaqlarıma sürtürdüm
Tirtab olub çürük evimin poluna
Yalvarıram mənlə ol, amma mənə olandan olma
Bəlkə göylər almaz məni
Özüm qanlı tüpürcəyimi sürtürdüm köynəyimin qoluna
Soruşsalar: "Şəhri, varmı arzun?"
Gecə babamın ruhu gəlsin, saçımı sığallasın
Pəncərəni də açıq qoysun arxasıyca
İstərəm ki o gedən kimi məni də külək aparsın
[Hook 2x: Soap k**s]
Lazm frhan, mbswt bzhmh alstat 'elyk
Kwny dhy,h mn dhaya qswh qlbk lyh
[Verse 2]
İstəmirəm sağalmağımı - gərək dərman içim
Yolumdadır görsün həkim müalicəm keçir
Səhərə qədər tir-tir əsib diksinərəm - soyuqdur mənə
Nə olsun ki döşəyim düz böyründədir peçin
Oynamaq istəyirəm hərdən orada
İstanardı corablarım - meyil çəkir sorada
Buz kimi dondurma, bir də bol kremli torta
Arzularımı yerinə gətir, rahat yatım gorda
4 tərəfim dost-tanışla dolsun
Gecə-gündüz baxışlarını zillı qapıya nə olsun
Bir nəfər də zəng eləmir, hal əhvalımı sorsun
Telefonumda var mı ki heç, zəng eləyənim olsun?
Bulud olsam, küləklərdə axsam
Göylərdən seyr eləyim, bilim ki sən sağsan
Arada bir dənə baş çək mənə qarda
Yalandan da olsa denən: "Sağalacaqsan"
[Hook 2x: Soap k**s]
Tb'ean frhan, mbswt bzhmh alstat 'elyk
Kwny dhyh mn dhaya qswh qlbk lyh