[Verse 1] Boyum olardı dizdən, qırlı, damlı evimizdə Yadıma gəlir yaşlı ağac vardı köhnə həyətimizdə Danışım sizə: gecə oyanıb gizlin Budaqlarına parça asıb ev diləyimizdən Bulanıb tutur uşaqlığım bütün 7 yaşda ciyərlərimə qonaq elədim tütün Utanırdım xəstəliyimi başqa kimsə görsün Dodaqlarımı kəsib qanını yanaqlarıma sürtürdüm Tirtab olub çürük evimin poluna Yalvarıram mənlə ol, amma mənə olandan olma Bəlkə göylər almaz məni Özüm qanlı tüpürcəyimi sürtürdüm köynəyimin qoluna Soruşsalar: "Şəhri, varmı arzun?" Gecə babamın ruhu gəlsin, saçımı sığallasın Pəncərəni də açıq qoysun arxasıyca İstərəm ki o gedən kimi məni də külək aparsın [Hook 2x: Soap k**s] Lazm frhan, mbswt bzhmh alstat 'elyk Kwny dhy,h mn dhaya qswh qlbk lyh [Verse 2] İstəmirəm sağalmağımı - gərək dərman içim Yolumdadır görsün həkim müalicəm keçir Səhərə qədər tir-tir əsib diksinərəm - soyuqdur mənə Nə olsun ki döşəyim düz böyründədir peçin Oynamaq istəyirəm hərdən orada İstanardı corablarım - meyil çəkir sorada Buz kimi dondurma, bir də bol kremli torta Arzularımı yerinə gətir, rahat yatım gorda 4 tərəfim dost-tanışla dolsun Gecə-gündüz baxışlarını zillı qapıya nə olsun Bir nəfər də zəng eləmir, hal əhvalımı sorsun Telefonumda var mı ki heç, zəng eləyənim olsun? Bulud olsam, küləklərdə axsam Göylərdən seyr eləyim, bilim ki sən sağsan Arada bir dənə baş çək mənə qarda Yalandan da olsa denən: "Sağalacaqsan" [Hook 2x: Soap k**s] Tb'ean frhan, mbswt bzhmh alstat 'elyk Kwny dhyh mn dhaya qswh qlbk lyh