Verse 1
İl 2005, məktəbin qarşısı, sentyabr vaxtları
Yanımda olsalar da, gözüm ata-anamı axtarır
İlk həyat sınağı, hava soyuq deyil amma
Həyəcandan əlim o qədər soyuq ki, elə bil çöldə şaxtadı
2-ci mərtəbə, sinif otağı, uşaqlarla qarşılaşdım
Hər şeydən xəbərsizcə ortada qalıb çaşdım
Gözümü qırpıb ətrafa baxdığım müddətdə
Özümdən asılı olmadan müəllimə yaxınlaşdım
İllər tez-tez keçir, dəyişirdi fəsillər
İlk gün bir-birinə yad olanlar indi bir süfrədə çörək kəsirlər
Vaxtikən məktəbin bitməsini istəyən uşaqlara baxın
Hə, indi məktəb bitdiyi üçün yanımda əsirlər
Kiçik ikən sakit durardıq almamaq üçün töhməti
Böyüməliyik deyirdilər, olmalıyıq igid və mətin
İnanın deyil bu məktəb haqda yazdığım son mətn
Çünki çox şeyi öyrəndim – sevgi,dostluq və hörməti
CHORUS (2x) :
Tək deyiləm, bax, burada yanımdadır 11A
Ayları sayırdıq, 4-3-2 və son bir ay
İndi dəqiqələri sayırıq, birazdan son vida
Hamımız birlikdə deyəcəyik sizlərə əlvida
Verse 2
İl 2016, qarşınızda, amma indi başqa sezon
Xəbərsiz deyiləm,hə, hələ qarşımda var yol uzun
Fəxr etdiyim bir məqamı nəzərinizə çatdırım
Diqqət, mən Bakı Avropa Liseyinin məzunu!
Evdə yığılıb xatirə olur, inan, kitab-dəftər
Atıb-yandırmaq fikrim yox, qalıblar rəfdə
Göz qırpımında gəlib keçdi bu uzun 11 il
İçimi göynədir Son Zəngdən sonrakı hər həftə
İnanın, az olmayıb hətta bizdə çətin anlar
Yanımızda olmayanlar olanları çətin anlar
Bu liseydə həmçinin səmimiyyəti öyrənmişik
Gördü məktəb başqa cürdür bu liseyi çətin sananlar
Birlikdə bəlkə son gecəmiz, göz dolur yaman
İrəlidə çox əziyyətlər gözləyir, hələ boldur zaman
Son cümləyə çatırıq indi, 25-ci buraxılış
Nəqarətlə bitəcək indi bu 11 İLLİK ROMAN!
CHORUS (2x) :
Tək deyiləm, bax, burada yanımdadır 11A
Ayları sayırdıq, 4-3-2 və son bir ay
İndi dəqiqələri sayırıq, birazdan son vida
Hamımız birlikdə deyəcəyik sizlərə əlvida