Hort3ch - 11 illik roman lyrics

Published

0 63 0

Hort3ch - 11 illik roman lyrics

Verse 1 İl 2005, məktəbin qarşısı, sentyabr vaxtları Yanımda olsalar da, gözüm ata-anamı axtarır İlk həyat sınağı, hava soyuq deyil amma Həyəcandan əlim o qədər soyuq ki, elə bil çöldə şaxtadı 2-ci mərtəbə, sinif otağı, uşaqlarla qarşılaşdım Hər şeydən xəbərsizcə ortada qalıb çaşdım Gözümü qırpıb ətrafa baxdığım müddətdə Özümdən asılı olmadan müəllimə yaxınlaşdım İllər tez-tez keçir, dəyişirdi fəsillər İlk gün bir-birinə yad olanlar indi bir süfrədə çörək kəsirlər Vaxtikən məktəbin bitməsini istəyən uşaqlara baxın Hə, indi məktəb bitdiyi üçün yanımda əsirlər Kiçik ikən sakit durardıq almamaq üçün töhməti Böyüməliyik deyirdilər, olmalıyıq igid və mətin İnanın deyil bu məktəb haqda yazdığım son mətn Çünki çox şeyi öyrəndim – sevgi,dostluq və hörməti CHORUS (2x) : Tək deyiləm, bax, burada yanımdadır 11A Ayları sayırdıq, 4-3-2 və son bir ay İndi dəqiqələri sayırıq, birazdan son vida Hamımız birlikdə deyəcəyik sizlərə əlvida Verse 2 İl 2016, qarşınızda, amma indi başqa sezon Xəbərsiz deyiləm,hə, hələ qarşımda var yol uzun Fəxr etdiyim bir məqamı nəzərinizə çatdırım Diqqət, mən Bakı Avropa Liseyinin məzunu! Evdə yığılıb xatirə olur, inan, kitab-dəftər Atıb-yandırmaq fikrim yox, qalıblar rəfdə Göz qırpımında gəlib keçdi bu uzun 11 il İçimi göynədir Son Zəngdən sonrakı hər həftə İnanın, az olmayıb hətta bizdə çətin anlar Yanımızda olmayanlar olanları çətin anlar Bu liseydə həmçinin səmimiyyəti öyrənmişik Gördü məktəb başqa cürdür bu liseyi çətin sananlar Birlikdə bəlkə son gecəmiz, göz dolur yaman İrəlidə çox əziyyətlər gözləyir, hələ boldur zaman Son cümləyə çatırıq indi, 25-ci buraxılış Nəqarətlə bitəcək indi bu 11 İLLİK ROMAN! CHORUS (2x) : Tək deyiləm, bax, burada yanımdadır 11A Ayları sayırdıq, 4-3-2 və son bir ay İndi dəqiqələri sayırıq, birazdan son vida Hamımız birlikdə deyəcəyik sizlərə əlvida