İzzət Bağırov - Bəhanəsiz Get lyrics

Published

0 270 0

İzzət Bağırov - Bəhanəsiz Get lyrics

{Bənd 1} Döşənib yollartək ayaqlarına Sənə yalvarımmı? Bu mümkün deyil Qoymaram qəlbimtək vüqarım sına Alçalıb yaşamaq ömür-gün deyil Döşənib yollartək ayaqlarına Sənə yalvarımmı? Bu mümkün deyil Qoymaram qəlbimtək vüqarım sına Alçalıb yaşamaq ömür-gün deyil {Keçid} Demirəm, sən uca bir dağsan, əyil Demirəm, əlacım qalıbdır sənə Nə səndə məhəbbət qara pul deyil Nə mən dilənçiyəm, əl açım sənə {Nəqərat} Getmək istəyirsən, bəhanəsiz get Oyatma bu yatan xatirələri Səsin həmin səsdir, baxışın ögey Gedirsən, səsin də yad olsun indi Getmək istəyirsən, nə danış, nə din Yox ol uzaqlartək dumanda, çəndə Nəyimi sevmişdin? - deyə bilmədin İndisə min eyib görürsən məndə {Bənd 2} Getmək istəyirsən, o yol, o da sən Bir cüt göz baxacaq arxanca sənin Getdinmi, nə vaxtsa dönmək istəsən Tikanlı yastığa dönəcək yerin Getmək istəyirsən, o yol, o da sən Bir cüt göz baxacaq arxanca sənin Getdinmi, nə vaxtsa dönmək istəsən Tikanlı yastığa dönəcək yerin {Keçid} Demirəm, sən uca bir dağsan, əyil Demirəm, əlacım qalıbdır sənə Nə səndə məhəbbət qara pul deyil Nə mən dilənçiyəm, əl açım sənə {Nəqərat} Getmək istəyirsən, bəhanəsiz get Oyatma bu yatan xatirələri Səsin həmin səsdir, baxışın ögey Gedirsən, səsin də yad olsun indi Getmək istəyirsən, nə danış, nə din Yox ol uzaqlartək dumanda, çəndə Nəyimi sevmişdin? - deyə bilmədin İndisə min eyib görürsən məndə