Yap10 - Ruha kirayə lyrics

Published

0 814 0

Yap10 - Ruha kirayə lyrics

YAP10 - Ruha Kirayə [Verse: 1] Sən adlı vilayət Zülfü siyah, gözəl qəlbə hopdu ruha kirayə O sürmə gözlü piyalə Dedi get yoxdu kinayəm Dedim ki, mən sənə görə elədim dövranı ziyarət Sən demə Göz yaşları şayə Əhdi-peymanə riayət etmədi qəmli qiraət Bu mənəm eşqdə biçarə İmdam elə ya Rəbb Sənə məhkumam və xəbərdardı bütün el-aləm Aşiq eşqə güvənməz (eşqə güvənməz) Ləblər əsla güləmməz (əsla güləmməz) Nəğmeyi-Müxəmməs səndən yadigardı Nəbadə ağıl qəlbə əmr edərkən əllə siləmməz Həmişə batardı yanaq Telinidə o atardı yana Amma gözlərin ürəyimə yatardı yaman Hər dava-dalaşa barışı qatardıq amma Nə bilərdik ? Ayrılığı dadardıq amma Səni sevdirib sonra səni satardı zaman Xoşbəxtliyimizi apardı dayan Uzağada yola düşən qatar dayanarmı səncə ? [Verse: 2] Gəl oldum bəlkə şad Amma qoruya bilmədi ölkəni şah Birgə toy sonra, birgə nişan Bilmədik sönər erkən şam Sən içdən ağlayan ərgən uşaq Geri gəlməz inan göydə ki, şar Bağlayar özünə zərgər daş Mən səni sevirəm, gəl bəri a Gedişinə su atarığ hər gedənin Biz itirərik sonra dərk edərik Təzənin köhnə ilə fərqi nədi Yenə xoşbəxt olarığ bəlkədə biz Onda bəlkə boğazımıda tərk edər ip Qurur yağan yağış eşq bərk bir dəmir 3 il olacaq mən səhf eləmirəmsə Yum gözüvü gəlirəm fərz elə ki