Qaraqan - Sən Yoxsan lyrics

Published

0 635 0

Qaraqan - Sən Yoxsan lyrics

[Verse 1] Sən yoxsan Qaranlıqda axtardım səni mən, tapmadım Açıq pəncərədən şəhər necə də gözəldir Ağladım, yadıma saldım olanları Və düşündükcə içimə getdim, qapını bağla, sus Sən yoxsan Çatlaq ömrün divarlarını bürüdük ağ kağızla Gizlətdik palçıqlı kərpicləri Əhatə dairəsindən xaricdə mənim ürəyim Söndürülüb, bəsdir, zəng elədiniz, bezdirdiniz! Sən yoxsan, vərəqlərim qalıb boş Mənim həyatım qalıb boş Hədəflərim artıq yox Mən indi daş heykələm insanların içində, mənə baxıb gülürlər Onlar bilmirlər ki, tənhayam mən, sənsizəm mən Sən yoxsan, kimə danışım fikirlərimi? Axı biz seçilmişdik, hər kəsdən ayrı idik, gizlənirdik Biz yaratmışdıq yeni bir dünya, çiçəklənirdi Yaz gəlirdi sevinirdik, inanırdıq, gözləyirdik [Chorus] (2x) Sən yoxsan Ən çox lazım olan anda sən yoxsan Sənsiz azadlıq da zindan, sən yoxsan Sən yoxsan Mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim yoxsan [Verse 2] Ən çox lazım olan anda sən yoxsan Yaddaşım səni basdırmır, hələ ki sağsan Bacarmıram, gizlətmirəm, utanmıram Peşman deyiləm ettiklərimə, amma sən peşmansan Amma yoxsan. Sənsiz keçən hər gecəm mənim Bakı dəyişib, dəyişib insanlar, mənim hisslərim Dəyişib dəmiryolundakı qatarlar, amma ki yollar eyni Dəyişib əvvəllər və ortalar, amma ki sonlar eyni! Dəyişib geyimlər və bəzəklər, dəyişib mahnılar Dəyişib insanlar və hədəflər, dəyişib arzular Dəyişib hər şey həyatımda - özümdən başqa Yoxdur kömək, yoxdur əlac, bircə dözümdən başqa Sən yoxsan Bu gün sənin yoxluğunla bir az barışmışdım Bir az öyrəşmişdim, sənsizliyimə alışmışdım Qarışmışdı gündüzlər gecələrlə Yorğun ayaqlarım ayaqyalın boz küçələrlə [Chorus] (2x) Sən yoxsan Ən çox lazım olan anda sən yoxsan Sənsiz azadlıq da zindan, sən yoxsan Sən yoxsan Mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim yoxsan [Verse 3] Bir neçə saat səni mən axtardım, bütün siyirtmələrə baxdım Bütün otaqları gəzdim, tükəndi səbrim Və dəftərimi bağladım, deyəsən, yazmayacam bu gün heç nə Axı səni tapa bilmədim mən Səhifələr necə də boşdur Ürək doldu, daşdı Düşdü pəncərədən ay ışığı, otağa nur bulaşdı Razılaşdı tərsliyim yoxluğunla, yoruldum İtmisən sən Hər yeri axtardım, sonra gördüm, qələmim, əlimdəsən