[Verse 1: Qaraqan] Gəl uçaq Avropanın içinə, harasa, Praqaya Ya da Paris bizi parfumla qucaqlasın Yaşaya bilmirdik biz insanların arasında Orada var Kolizey, Romada gəzək ayaqyalın Uçurdaq çərpələngləri Hilton otelinin damından Tullayaq pasportu Venesiyada axan çaylara Ya uçaq kosmosa, orada olaq kosmik toz Ya kiçik asteroid, ürək formalı kometa Sən gizlən Tibetdə, axtarışa çıxım Floridadan Səni mənə sürpriz elədi həyasız Kaliforniya Yenə də qayıdardım səni itirdiyim günlərə Hər dəfə səni görəndə necə keçirdirdim fobiya Mənim həmişə zəhləm gedib yarımçıq romanlardan Bəlkə sevgi əbədi, bəlkə ayrılıq insanlardır? Və böyük xoşbəxtlik üçün lazımdır böyük pullar Lazım olarsa, gedib bank yararıq Ermənistanda Təki sən mənlə ol [Chorus: Ayka] Səni axtarır mənim gözlərim Amma qarşımı tutub dənizlər, limanlar Sən çox uzaq, mən çox uzaq Sən çox uzaq Sənin qaranlıq gözlərin Xəyallarımda, yuxularımda Axı biz bu qədər fərqli insanlar Ona görə də sevgimiz belə qəribədir [Verse 2: Qaraqan] Sən mənim cavab verməli olduğum ən çətin sualsan Mən sənin bütün suallarına ən dəhşətli cavab Əlimdən bərk yapış, heç qorxma, yıxılmazsan Mənə güvən, çiyinlərimdə çox möhkəm qanad Biz sanki Bonnie and Clyde, sevgimiz təhlükəli Ülgüc üstündə tanqo rəqsimiz davam etsin Dayanmasın orkestr, maestro, bir də başdan Zəhmət olmasa, por favor, merci, gracias Sənin qızıl saçlarınla oynayırdı külək Mən isə qısqanırdım dodaqlarına yağan qara Və bir gün tutub əlindən, sənə desəm - gəl gedək Mən yüz faiz bilirəm, soruşmayacaqsan hara Qaçırdıb evdəkilərdən səni bir gün uzağa Neapol, ya da Madrid, ya yenə də Kaliforniya Zümrüd gözlərdən oxudum, sənin içində sevgi Sən razısan mənimlə getməyə lap daxmaya da Təki mən sənlə olum [Chorus: Ayka] (2x) Səni axtarır mənim gözlərim Amma qarşımı tutub dənizlər, limanlar Sən çox uzaq, mən çox uzaq Sən çox uzaq Sənin qaranlıq gözlərin Xəyallarımda, yuxularımda Axı biz bu qədər fərqli insanlar Ona görə də sevgimiz belə qəribədir