Qaraqan - Hərb və Sülh lyrics

Published

0 993 0

Qaraqan - Hərb və Sülh lyrics

[Verse 1] Tüstülər, bombalar uçur uşaqların üstündən Ağrılar, güllələr, axı bunlar nəyin üstündə? Nəyə gərəkdir müharibələr? Nəyə gərəkdir sərhədlər? Nəyə gərəkdir fərqli ölkələr, əgər dünya birdirsə? Nəyə gərəkdir rəngli əskilər və himnlər? Nəyə gərəkdir irqçilik? Fərqli, eyni dinlər? Nəyə gərəkdir türmələr, ora düşür kasıblar? Ya da ki cəmiyyətin sındırdığı insanlar Bir nəfər öldürən qatil, yüz nəfər öldürənlər qəhrəmandır Nərdivandır həyat, kimsə qalxdı, kimsə geridə qaldı Nəyə gərəkdir pul, əgər yemək çatırsa hamıya? Niyə kiminsə beş sarayı, kimsə qalır daxmada? Niyə qızlar sevilir pulla? Niyə oğlan seçilir işlə? Niyə valideynlərin də pul yığmaqdır toy günü beynində? İki əlim, iki ayağım, iki gözüm, amma ürək təkdir Hər şey çox mürəkkəbdir! Hər şey çox mürəkkəbdir! [Chorus] Yar aman, ey mənim təbibim Mənsiz də dünyanın işi gedərmiş [Verse 2] Tüstülər, bombalar uçur uşaqların üstündən Şikəst körpələrin davası bir çomaq üstündə Nəyə gərəkdir ədalət, əgər boş nağılsa? Necə deyim səma təmizdir, göydən qan yağırsa? Nə qədər pul? Nə qədər qul? Nə qədər göz? Nə qədər dil? Nə qədər sus? Nə qədər dinmə? Nə qədər bilmə? Nə qədər sil? Nə qədər öz xaçım qanlı yaralar açacaq çiynimdə? Nə qədər sətirlər misralara daşacaq beynimdən? Sevgi qaçacaq qəlbimdən, yalan açacaq gözlərimi Ruhum donacaq dərində, gözlər satacaq sirlərimi Sən də atacaqsan bir gün məni, unudacaqsan dediklərimi Tətiklərini tənqidinin bir gün üzümə çaxacaqsan Tikəcəklər, sökəcəklər, qalan yenə də toz-torpaq Deyəcəklər, güləcəklər, çox asandır qul olmaq Taxtın üstü asılı qılınclar, buna ürək gərəkdir Hər şey çox mürəkkəbdir! Hər şey çox mürəkkəbdir! [Chorus] Yar aman, ey mənim təbibim Mənsiz də dünyanın işi gedərmiş Əcaba neyçün cahana gəldim?