Qaraqan - Son Renessans lyrics

Published

0 1434 0

Qaraqan - Son Renessans lyrics

[VERSE 1] Uzaq küncə atılmış kətan, kağız, fırçalar Quruyur bir neçə gün açıq qalan boyalar, rənglər Və pəncərədən çöldə inanılmaz gözəl peyzaj Əsl faciə hər şey var, rəssam istəmir çəkmək Rəssam istəmir görmək, rəssam istəmir baxmaq Ümid vermir günəş, içini titrətmir dəniz, dalğalar Buludlu səma, qarğalar və sarı tarlalar Göy qurşağı, yaşıl meşələr, ilk dəfə yağan qar O saatlarla danışar gözəlliyindən dünyanın Onun rəsmlərindən soyuq divarlara gəlir həyat O çəkir doğulduğu kimi, ötürür bütün hissləri Sürətli zaman içində bu rəsmlər əbədiyyət Rəssamın gözlərində yaş, titrəyir yorğun barmaqlar Sonuncu rəsmlər deyil peyzaj, portret anlamaq Çətin qarışıq rəngləri və sanki daha bacarmır Əyri xəttlər, yarımçıq cizgilər, rəngli qaralama Otağa əsir son payız küləyi Özü ilə bir neçə sarı quru yarpaq gətirib Bir neçə göz yaşı və ayrılıq gətirib, bu payız Və rəsssam ötürür bəyaz kağıza bu hissləri Boşalan sərgiləri bu rəsmlər doldurmaz O bilir insanlar anlamır belə çəkmək olmaz Onlara lazım açıq aydın ölü portretlər Amma çəkir onun əli ilə tanrı bu ilahi trans [Chorus] Son renessans toz altında anlaşılmaz şək**ər Qarışıq sözlər, hecalar və mürəkkəb sətirlər Son renessans, xalqın alqışlarına satılmır rəsssam Sonuncu şans sizə bu ağır şeirlərim miras Son renessans, sonuncu intibah gəlirəm getmək üçün İtirdiyiniz dəyərlərin yanında itmək üçün Məni bağışla padre, deyəsən gəlmədi yaz Sonuncu rəssamın sonuncu duası, renessans [VERSE 1] Ona deyirdilər ki, çək portretini padşahların Sənin qiymətini bilsələr biləcəklər sarayda İncəsənət heç vaxt yaşamayıb gücünə xalqın Qara camaata lazım deyil həqiqət avamdırlar Deyirdilər ki, gözəl xanımlardan gəlsə sifariş Onları şək**ərdə olduqlarından gözəl çəkərsən Bax digər rəssamlara, böyük faytonlarda, sərgilərdə Yanlarında rəsm anlamayan gözəllər Sənin əkdiyin toxumlar bu torpaqlarda bitməz Müharibədə birinci irəli gedənlər ölürlər Arxada gizlənən döyüşdən qaçanlar qalır sağ Birincilər şəhid, ikincilər qəhrəman olurlar Baxıb susurdu rəssam, gözlərində qaranlıq Onun çəkdiyi şək**ər artıq ötüb zamanı Onun çəkdiyi rəsmlər gizlədir içdə mənanı Və bu dərinliyi anlaya bilir ancaq Tanrı Otağa əsir son payız küləyi Özü ilə bir neçə sarı, quru yarpaq gətirib Rəssamın fırçası donur və ürəkdən çəkir ah Doğulur tərk edilmiş emalatxanada intibah Tökülür yerə rənglər, dolur ağrı ilə kağız Titrəyir dizləri, çəkilir rəsm, yazılır tarix Çırpılır kənara akvarel, rəssam güclü və aciz Beləcə doğulur portretlər ölkəsində surrealism [Chorus] Son renessans toz altında anlaşılmaz şək**ər Qarışıq sözlər, hecalar və mürəkkəb sətirlər Son renessans, xalqın alqışlarına satılmır rəsssam Sonuncu şans sizə bu ağır şeirlərim miras Son renessans, sonuncu intibah gəlirəm getmək üçün İtirdiyiniz dəyərlərin yanında itmək üçün Məni bağışla padre, deyəsən gəlmədi yaz Sonuncu rəssamın sonuncu duası, renessans