Qaraqan - Etiraf Otağı lyrics

Published

0 1729 0

Qaraqan - Etiraf Otağı lyrics

[Chorus] Məni bağışla, padre... qaranlıq altar Pərdə arxasından etiraflarımı dinlə Müqəddəs ata, bu kilsədə ilk və son dəfə Danışacam içimə bağlı gizli, böyük sirrlərimi(x2) [VERSE 1] 20 ilimi geridə qoydum göz qırpımında İncə uşaq, sərt qalaya döndü Dirək axtarırdım, başqalarına dirək oldum Məcbur oldum, həyat oyunu çox cığaldır Saçıma çəkilən hər sığalda anamı tapdım Özümə rəfiqə seçdim...Günlər keçdi beləcə Arzularda velosiped də qaldı, yox idi onda imkan Çox dalaşdı atam anamla Qapının önünü mən pusurdum O vaxtdan yarandı vərdiş, hamı danışır Mən susurdum..... "Uşağı həkimə göstərin, bəlkə sinirləridi xəstə?" Hamı əllərində çiçəklərlə gəzir dəstə-dəstə "Qaraqan ağlayır qıraqda...." "Qaraqan dərd çəkir..." "Təzəcə başlamış bu uşaq həyata necə də xətt çəkir..." "Nəyə görə hamı oynayanda oturur arxada?" "Nəyə görə məktəb, ali-məktəb arxa partada?" "Nəyə görə "sevgi" sözünü eşidən anda gözü qaçır?" "Nəyə görə qanıqara?..." Hamı eyni mövzu, eyni suallarla Bezdirəndə qaçıb, dəniz sahilində Dizimi qucaqlardım, indi həmin günlər uzaqlarda Uzaqlarda Nargin, yanır-sönür mayak Biraz sakitləş...nəfəsi saxla...10a qədər sayaq 1...2...3....... [Chorus] Məni bağışla, padre... qaranlıq altar Pərdə arxasından etiraflarımı dinlə Müqəddəs ata, bu kilsədə ilk və son dəfə Danışacam içimə bağlı gizli, böyük sirrlərimi(x2) [VERSE 2] Deyirlər "Pul deyil əsas, onunla xoşbəxt olmaz" Deyirlər "İnsan elə bir varlıq, heç vaxt gözlər doymaz" Deyirlər "Sevgi olan yerdə, Qürur xəstəlikdir" İçimə doldu payız xəzanı yenə də yaşadım arzularda Üstəlik mənim də gizli hisslərim gizlənib Neçə bina damından ulduzlara baxıb, gözlədim İstədim sevgilim olsun mənimlə eyni düşüncələrə sahib Yarı sözdən anlayaq bir-birimizi Çox ürək də qırıb, getdim Göz yaşları töküldü.... - səbəbi mən Hərdən oluram əsəbi mən, hərdən içimə qapanıram Hərdən intihar arzuları biləkdə iz qoyur... Hərdən Allahın qarşısında QaraQan diz çökür Və Sanki xeyri yoxdu dualar da Sanki, boşdu həyat filmi Maraqsızdır... Bu nə bəladır? Bu nə cür işdir? Uşaqlıqdan arzum olub rəssam olum Amma bu gün rəssam olmaq istəyən acından ölür Xaraba dünya...Dərəyə yıxılan araba dünya Qəribə dünya.. Hamı burda quldur, təkcə Xəlifə dünya... Əlinə, dünya, düşmüşəm oyuncaq kimi Mən kəpənək, sən hörümçək kimi Toruna bağlı, ürəyi dağlı... [Chorus] Məni bağışla, padre... qaranlıq altar Pərdə arxasından etiraflarımı dinlə Müqəddəs ata, bu kilsədə ilk və son dəfə Danışacam içimə bağlı gizli, böyük sirrlərimi(x2) [VERSE 3] Hələ də hıçqırıqlar içimi doldurub "Nəyə görə gəlmişəm bu həyata?" Qəribə suallar.. Divar tək əhatəmdə Xasiyyətimdə sentemental doludur kompleks Gücüm zəifliyimi danmamaqda Qapını üzümə bağlamaqda peşəkar olan Doğmalar var... Məni sevənləri incidirəm Sevməyənlərin acığını onlardan çıxıb İnsanam, mən də öz səhvlərimlə Həyata tozlu pəncərədən baxıb Günbəgün və günbəgün bezib Eyni mənzərədən qaçıram ölümə doğru 2007 addım atmışam, yəqin az qalıb Naşükürəm, bəlkə hər nə olsa, yenə də az gəlir Əbədi qışdayam amma inanıramki, YAZ GƏLİR......