Ey zibil maşını, bir dayan Sənə deyiləsi çoxlu sözüm var Ey zibil maşını, bir dayan Görməzdən gəlirsən sən zibilləri Ətrafında çoxdur zibillər Onları da gəl apar, apar özünlə Ey zibil maşını, iy gəlir səndən Hər yeri təmizləyib, özünü kirlədirsən Ey zibil maşını, bugün işin çox Hər tində bir zibil var... }2 (Okaber) Insanlar qalsa ağlayın.. Doğrunu elektrik stuluna Həqiqəti karsa bağlayın! Əvvəlini aparmısan, indi gəl sonu da apar Həyatımın qiymətini soruşma, gəl onu da apar! Gəl aparmadan insanların itən qürurlarını Şahmat taxtası qalsın, apar fiqurlarını Gəl apar dörd divar arasındakı səssizliyi Apar bağırtıları, tənhalığı, kimsəsizliyi Desput siyasətin yalan oyunlarını apar Dişlərini ağardıb əl çalan qoyunlarını apar! Apar təbəqələri, brendləri və markaları Apar kədəri, qəmi, sevgi, pulu və sektaları! Senzura qalsın bizdə, sən apar avantyuranı Apar debunk`larda təriflənən diktaturanı! Günah çantalarını daşıyan şeytanları apar! Musiqimizə dəymə, musiqili fantanlara apar! Ətrafında çoxdur zibillər Onları da gəl apar, apar özünlə }2 Ey zibil maşını, sevgini də apar O, bizə lazım deyil, bizim qürurumuz var Ey zibil maşını, bir dayan... Söylə nədən utanır səndən çörək qazanan? Ətrafında çoxdur zibillər Onları da gəl apar, apar özünlə }4