(5 Dekabr - Günəşli neft yatağında Baş vermiş qəzada həyatını itirmiş Neftçilərimizə ithaf olunur) Atasan bu dənizə özünü, o qədər boğulasanki Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni Ancaq yuxularda gələsən görüşlərə Yada ki, içdiyin zəhrimarlar qurutsun səni.. Atasan bu dənizə özünü, (o qədər boğulasanki) Fəryadın, qovuşsun haraylara Son dəfə həsrətlə baxasan qağayılara Atasan bu dənizə özünü, çırpılasan qayalara Yazdığım bütün şeirləri də yırtıb aparasan Bu yarımadanın bağrından natamam qalan Bütün sevgiləri də dartıb aparasan! Atasan bu dənizə özünü, heçkəslə barışmadan Güvəndiyin dağların qarı dumana qarışmadan Varlı-kasıb yarışmadan çıxartmadan təmizə özünü Siqareti yarım çəkib, atasan bu dənizə özünü.. Mavilərdən iyrənib, dostuna çevriləsən mavi ləpələrin Görəsənki, mavi dalğalar necə səpələnir Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan Hündür bir yerdən uçasan yuxarı, sonra aşağı Pıçıldayasan bu cümləni: Sən varsan varam Sən yoxsan yoxam! -Necə də gülməli Atasan bu dənizə özünü, qürura toxunmadan Onsuzda yox olmusan, daha da yox olmadan Dostlarla da artıq getməyəsən çiyin-çiyinə Bir də, həmin saçların ətrini dəyişəsən dəniz iyinə.. Dərin nəfəs alıb, hər kəsdən qisas alıb ölümlə həyat kimi Onunla mən: Məkkə və Mədinə, dəclə və fərat kimi Onsuzda əbədiyyət heç vaxt sevməmişdi, əbədiləri! (heç vaxt..) Bizimsə dualarımız açıq havalardan titrədirdi müqəddəs sayılan məbədləri Atasan bu dənizə özünü, heç kəs oyanmadan Sübh namazından öncə, azan dayanmadan Yağış yağmadan, ya da yağış əvəzinə, daş yağmadan Qurunun oduna yaş yanmadan.. yalanlarla baş aldadan Cəmiyyətdən uzaqlaşıb atasan bu dənizə özünü Sevgilər də saxlayasan salam-sağollarda Əlvidalara çatmamış saxlayasan yarı yollarda Mən isə darıxdım, səslədim səni.. Yemək sırasını səbrsiz gözləyən Kimsəsiz uşaq kimi səbrsiz gözlədim səni.. (Atasan bu dənizə özünü...)