Mc B.u.S - Gəzirəm Bir Təhəri lyrics

Published

0 114 0

Mc B.u.S - Gəzirəm Bir Təhəri lyrics

{Nəqərat} Baxıram şəhərimə Boğulub qəhərimə Gəzirəm şəhəri mən Gəzirəm bir təhəri Baxıram şəhərimə Boğulub qəhərimə Gəzirəm şəhəri mən Gəzirəm bir təhəri {Bənd 1} Bu gün də içmişəm Dayandım 10-cu bakalda Hər kəs gedibdir deyəsən Qaçırtdım sonuncu qatarı da Necə ki, qaçırdıram İllərdir həyatın hər anını Hər kəs yatıb, bir tək mən oyaq Gəzirəm şəhərin hər yanını Ürəyim istəyir qışqırım Səssizliyi pozub əl çalım Binalar bu qədər yüksəlib, amma İnsanın vicdanı alçalıb Beynimi fikirlər yorur Spirtin təsirində Ayağım güclə gedir Soyuqdur, əsirəm mən {Nəqərat} Baxıram şəhərimə Boğulub qəhərimə Gəzirəm şəhəri mən Gəzirəm bir təhəri Baxıram şəhərimə Boğulub qəhərimə Gəzirəm şəhəri mən Gəzirəm bir təhəri {Bənd 2} Ayaqlarım tutulub Yanımda heç kim yox Yanımda kim var idi ki? Yadımda heç kim yox Yaxında bir yaxın varmı (hə?) Uzağa aparsın, uzanım Saat 4-ü keçməyib Elə bil saatın zamanı uzanıb Gözümün görmədiyi yerdəyəm Dözümün qurtardığı yerdə Sözümün qurtardığı yerdəyəm Səsimin çıxmadığı yerdə Burda xəyallar donub Keçmiş gəlir üstümə Və mən uzanmaq istəyirəm Soyuq bir daşın üstünə {Nəqərat} Baxıram şəhərimə Boğulub qəhərimə Gəzirəm şəhəri mən Gəzirəm bir təhəri Baxıram şəhərimə Boğulub qəhərimə Gəzirəm şəhəri mən Gəzirəm bir təhəri