Mc B.u.S - Göyqurşağı lyrics

Published

0 95 0

Mc B.u.S - Göyqurşağı lyrics

{Bənd 1} Həyata yenidən baxaq Gətir, süz, içək çaxır Dəftərlər qurtarır, yenisi açılır Beynimdə fikirlər dayanmır, axır Yenə yeni “пачка” qurtardı Yenə həmşəki kimi ölü kimiyəm Sözümə qiymət verən yoxdur, mən Elə bil, Baba Pünhan kimiyəm Uçmaq istəyirəm buludlara Uçmağa qanadım var idi, qırılıb Xəyallarımı əynimə geyinmişəm Yenə yıxılmışam, üstüm cırılıb {Nəqərat} Deyəsən bu da bir sınaq Demə sən, bu da bir sınaq Əsəbləşirəm, dəli oluram Əlini çək, həyat, üstümü burax {Keçid} Əlini çək, həyat Əlini çək, həyat Üstümü burax Ey, üstümü burax Əlini çək, həyat Əlini çək, həyat Üstümü burax Üstümü burax {Bənd 2} Artıq düşünmək istəmirəm mən Nə olacaq yenə, nə edəcəyik sabah? İçdən yazan iki şair var Biri mən Babayam, biri Məşədi Baba Ürəyim o qədər çox soyuqdur ki Hər gün bədənimin istisi azalır Tüstü ciyərimə o qədər hopub ki Gözlərimin içi də, üstü də qızarıb Sevinmək istəyirəm, amma Görmürəm göy qurşağını Ürəyim oynamaq istəyir yenə Hey, qaytarın uşağlığımı {Nəqərat} Deyəsən bu da bir sınaq Demə sən, bu da bir sınaq Əsəbləşirəm, dəli oluram Əlini çək, həyat, üstümü burax {Çıxış} Əlini çək, həyat Əlini çək, həyat Üstümü burax Ey, üstümü burax Əlini çək, həyat Əlini çək, həyat Üstümü burax Üstümü burax