İzzət Bağırov - Bəs Neyləyim lyrics

Published

0 214 0

İzzət Bağırov - Bəs Neyləyim lyrics

{Bənd 1} Bəs mən indi neyləyim? Səni son ümid bilirdim Bəs mən indi neyləyim? “Heç ayrılmarıq” deyirdin Biçarə sorağındayam Uçurum qırağındayam mən Bəs mən indi neyləyim? Nələr-nələr söz verirdin Bəs mən indi neyləyim? “Sevirəm səni” deyirdin Dərd karvanlı köç olmuşam Aldanmışam, heç olmuşam mən {Nəqərat} Getdin, gedişin sonsuz oldu Sən gedəli zaman durdu O gün, bu gün, yaşadığım Hər anın heç mənası yox Güldün, gülüşün saxta imiş Hər baxışın yalan imiş Mənim bu çarəsiz günümdə Təkcə sənin günahın çox Yanıram aman, aman, aman Günahkar zaman Aldanmışam, peşmanam Tək qalmışam, tənhayam, inan Yanıram aman, aman, aman Günahkar zaman Aldanmışam, peşmanam Tək qalmışam, tənhayam, inan {Bənd 2} Bəs o sən deyildinmi? Deyirdin “Sevirəm səni” Bəs o sən deyildinmi? Qısqanırdın hər kəlməmi Ah çəkməkdən yorulmuşam Hər bir kəsə kor olmuşam mən Soranlara bəs nə deyim? “O insafsızın biri idi”? Bəs axı de neyləyim? “Aldatdın məni” deyimmi? Sözsüz, cavabsız qalmışam Suallara kar olmuşam mən {Nəqərat} Getdin, gedişin sonsuz oldu Sən gedəli zaman durdu O gün, bu gün, yaşadığım Hər anın heç mənası yox Güldün, gülüşün saxta imiş Hər baxışın yalan imiş Mənim bu çarəsiz günümdə Təkcə sənin günahın çox Yanıram aman, aman, aman Günahkar zaman Aldanmışam, peşmanam Tək qalmışam, tənhayam, inan Yanıram aman, aman, aman Günahkar zaman Aldanmışam, peşmanam Tək qalmışam, tənhayam, inan Yanıram aman, aman, aman Günahkar zaman Aldanmışam, peşmanam Tək qalmışam, tənhayam, inan