Yuxu - Döngə lyrics

Published

0 968 0

Yuxu - Döngə lyrics

Bir qız gördüm, könlüm ona vuruldu Söz deyəndə çeşmə kimi duruldu Əl elədim, döngə səndən buruldu İlk yarımı, döngə, məndən gizləmə! Uçdu quşum, o turacın dalıyca Doğru sözü aşıq çapar qılınca Dərdə düşdüm ondan bir söz alınca İlk yarımı, döngə, məndən gizləmə! [nəqarət] Nişanə var kəmərimdə belimin Məst edibdir ətri mənim dilimi Şirin dilli Azərbaycan elini Şikarımı, döngə, məndən gizləmə! Yerişinə baxmaq ilə doymuram Dəniz kimi kül əyərəm, sönmərəm Bil ki, səndə bu sətəmi qoymaram İlk yarımı, döngə, məndən gizləmə! Dərdim birdir, çatdırarsan sən yüzə Hünərinə çətindir ki, dağ dözə Uçuram, ?dinimi? döndərrəm düzə İlk yarımı, döngə, məndən gizləmə! [nəqarət] Nişanə var kəmərimdə belimin Məst edibdir ətri mənim dilimi Şirin dilli Azərbaycan elini Şikarımı, döngə, məndən gizləmə!