Xpert - Ve bir de lyrics

Published

0 7873 0

Xpert - Ve bir de lyrics

[VERSE 1] Hara gedirəm radiolarda səsin kəsin tape'in Mən hər gün özümü soyundum və başqalarını geyindim Albom alıb heç nə görmüyən əslində bilməmişdi ki Gizlədir balaca oğlan Xpert in eybin Dəyişdikcə ali-məkan yoxsul və də xaliq Necə oldu ki, bu qədər kirlə insan irqi ali Nəfsində ki, ac yaratığlar can əmər doymadığca Utanmaz və gündən günə düşər peşdə mali İtirdiyim cövhərlərin əllərimdə bul şirəsin Qurtumla ki, ruhunu bihuş eləsin Hesab gününü gozləmiyin, mən onsuzda bağışladım Ətimi yəyənlər sümüyümü nuş eləsin Suvarar yanağlarımı göz bulağlarım Gedərəm uc nöqtələrinə, toxunar lap qırağlara Yalın əl suvamadığca daman qəlbin hasarların ki Soldan axmıyan hər söz dağılar bağırsağlara [Chorus] Və bir də bir gün olmam əlbət məni al dillərdən Tut əlimi dart illərdən , çıxarıb qatillərdən qaçır Hərdən düşün ki, şansım olsa bir gün olsam hər dəm Və bil ki, həp yanındayam Və bir də bir gün olmam əlbət məni al dillərdən Qırılan al güllərdən, ucalar dağ gillərdən Yerimdə başa düşdüm asılar can tirlərdən O vaxt ki, sol yanındayam qəbirdə Və bir də [VERSE 2] Yoxsulların üzünə bağlanan darvazalar cəftəsiyəm Səfillər at yarılan bağırlardan Və bir də yavan su'ynan üsyan edən gəncin aclıq həftəsiyəm Qazaram ağ divarda gələcək nağıllarda Dedim ki, yazım, əlacı xəstələrin Güldüm bəstələdin, mən səni vəsf elədim Sən mənə ərmağan etdin, mən sənə əxs elədim Və son da istəmədin, mən yenə sənə bəs demədim Bədən ki, dəmir köklü daş evlərdə əsir geniş tək diyara Bəs eləməz 4 albom zəlil dilimə səpdi yara Səhriyar'ı yetişdirən məmləkətin ehtiyacı olmamalıdı ikinci bir Sehriyar'a Saqqallı usağ baxıb təəcüb edər fərqə 17 yaşındayam tələbə bileti kartında Gözdüyürəm Şəhri gələr bəlkə, dayanmışam Universitet çıxışında ki, balaca ağacın altında [Chorus] Və bir də bir gün olmam əlbət məni al dillərdən Tut əlimi dart illərdən , çıxarıb qatillərdən qaçır Hərdən düşün ki, şansım olsa bir gün olsam hər dəm Və bil ki, həp yanındayam Və bir də bir gün olmam əlbət məni al dillərdən Qırılan al güllərdən, ucalar dağ gillərdən Yerimdə başa düşdüm asılar can tirlərdən O vaxt ki, sol yanındayam qəbirdə Və bir də