Qaraqan - Qarada Qırmızı lyrics

Published

0 971 0

Qaraqan - Qarada Qırmızı lyrics

[Intro] H.O.S.T! (3x) [Verse 1: Qaraqan] Qaldırın əlləri bizlə bir yerdə siz H.O.S.T. hücuma başladı sındırıb belləri Gündə bir nəfər əlavə ordumuza gəlir Tozlu küçələrin canına qorxu, tapın bizləri Və polisə təslim edin, nə qədər azdır sayımız, KQB izləsin İçimizə salıb gizli casus, yolumuzu kəssin Ayrı-ayrı hər birimizi qaldırın siz aradan Qovun ali məktəbimizdən, nə qədər azıq Qaraqan qələmi götürüb söz yazır Nə oğurluqdur, nə də ki cinayətdir Amma hər ikisindən təhlükəlidir Bilməyənlər olur zombi və artır ordumuz Cənab hakim, bizim orduda sizin də oğlunuz Qarşı çıxmağa çalışma, H.O.S.T.-un içinə sən qarışma Repçi deyiləm, Mən də Varama getmirəm, yox yarışma Fəlsəfəm fərqli, işim deyil təkcə mahnı oxumaq Məqsədim - özüm kimiləri eyni yerdə yığmaq Dairənin içində ulduz, rəngimiz Qarada Qırmızı Deyirik sevgi yoxdur, yalan var və tutub hər kəsi İçini günahlar yeyir, çölünü yeyir quduz cəmiyyət Dostla tanışlar arası bizdə var böyük sərhəd Hər tərəfdə saxta rüşvət, vəhabilərə dönür millət Bir tərəfdə nurçulardır, bir tərəfdə ateistlər Bir tərəfdə müxalifətçilər boş fikirləri ilə Hakim olmaq istəyir, bacarmayan özləri ilə Fahişələr, mavilər və təzəcə çıxmış lezbiyanlar Dünən russko-yazıçnılar bu gün olublar anqliçanlar Yaxşı, bizik protestanlar, siz də olun anqlikanlar Sətirlərim batalyonlar, qafiyələr partizanlar [Chorus: PRoMete] Qalxır əllər havaya hələ də enməməkdədir H.O.S.T. albom havayı, amma hamı dinləməkdədir Yox yol, başqa cürə də ola da bilməz axı Bu repdə yeni bir postdur, dostum H.O.S.T.-dur, seç ya düşmənsən, ya da ki dostum. (2x) [Verse 2: PRoMete] Mən inanmıram səhər nə vaxtsa açılar Mən inanmıram əriyər buzlar ürəkdə Mən inanmıram bitər içimdə gecələr Mən inanmıram H.O.S.T. inanmır Siz də inanmayın Yalan satan satıcıların ölçüləri yalan “Səda”ları, “İç xəbər”ləri və “Carçı”ları yalan Demokratçıları yalan, ağ ev boyda ağ yalan Sağ qalan H.O.S.T.-a gəlsin Deyin varmı sağ qalan? [Verse 3: AiD] İdeallarımız taxta çıxdı, söz verdilər saxta çıxdı Gözünə qorxu yad olana H.O.S.T. qapısı hər an açıqdır Azad cəmiyyət ayağa qalxdı, indi bizim ulduz vaxtı Qəmli dərin məna gecə sonda yenə də xoruz çıxdı İrəli gedəsi gənclər yenə də geriyə qaçır Boş başlar bir qazanda qaynayanda ancaq buxar çıxır Dəyişəcəm deyir, qurtaraq deyir, söz verir İllər öncə batmış insan boğulanamı əl verir? Yenə də şou, səhnə, pul, yenə də biz, bizdə yol Sağ ya sol, düzgün ol, sərhədlərdən təcrid ol Qoyunlardan ol qoçu, tülkülərdən ən bic ol Kərpic ol, bir az möhkəm ol, H.O.S.T. divarına dəstək ol Komplekslərinə əsir oldun, bizdə yoxdur bu qorxaqlıq Aylıq maaşa telefon aldın, bizdə yoxdur bu axmaqlıq Təklənəni get sən də vur, bunlar sayılır qəhrəmanlıq Küçələrdə can fəşanlıq, nə səs-küydür? Qarabağı aldıq? Yox, qızıl medal aldıq Wow, super, parlaq olduq Uduzanda bəs söyürdük? Yox, indi peşman olduq Elə biz həmişə dustaq olduq, bərk gedənə quyruq olduq Biqeyrətlər yığını olan Avropaya qoltuq olduq [Chorus: PRoMete] Qalxır əllər havaya hələ də enməməkdədir H.O.S.T. albom havayı, amma hamı dinləməkdədir Yox yol, başqa cürə də ola da bilməz axı Bu repdə yeni bir postdur, dostum H.O.S.T.-dur, seç ya düşmənsən, ya da ki dostum. (3x) [Outro] H.O.S.T! H.O.S.T! H.O.S.T! H.O.S.T! H.O.S.T!