Qaraqan - Güzgü lyrics

Published

0 1336 0

Qaraqan - Güzgü lyrics

[Verse: 1] “Güzgüdə ki, adamla səmimi ol” dedi içimdən gələn səs İllər sonra ilk dəfə gözlərimə baxdım Ya çoxdan möhkəmdi taxtın, ya da gətirir bəxtim Bu qədər il keçib, amma ilk dinləyicim məni atmır Qızıl suyuna çəkilmiş salamlar şəhərindən Qız Qalası altında zorlananlar şəhərindən Mən nə qədər yazdım yağışdan, sevgidən utanmadım Gizlədib içimi yeyən sətirləri qələmimdən Güzgüdə ki, adamla səmimi ol Dedim xalqa; birləşək. Dedilər; sən Nəsimi ol Sənin edam gününə yığaraq ağlıyarıq, gətirərik qərənfil Sonra daşdan düzəldib səni altına yazarıq “DAHİ” Güzgüdə ki, adamdan səmimi oldun bu oyun başladı və bitdi mənlə, bitdi show Durmuşam güzgüdə ki, adamla üzbəüz və artıq əminəm Mənə pencəklə daha rahatdı, amma yaraşır kapüşon [Chorus] Onu danışdırma! O indi öz dünyasında Çırpılır qanadlar, o uçacaq buralardan Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün, axı o qəhrəmandı. Yox! Onu danışdırma! O indi öz dünyasında Çırpılır qanadlar, o uçacaq buralardan Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün. Yox! [Verse: 2] Məni çağırdılar; Allahsız və dedilər; Peyğəmbər Xalqın gözündən salmaq üçün uydurub yüz cür şayə Və düşmən səngərinə keçdi ən yaxın əsgərlər Leykemiya albom deyildi, dərin yaralarıma çarə Mənim üçün darıxırdı qələm Qələmim üçün mikrofon Mikrafon üçün səhnə, səhnə üçün darıxırdı millət Mən danışırdım yalanlar, qışqırırdı; “İnanmıyın! İnanmıyın!” içimdə ki, zindandan dəli həqiqət Çəkilmiş çarmıxa və sürgün olunmuş qəhrəman Mən bilirəm nədi bir qurtum suyun dəyəri səhrəda Qəlbinə kimi çirklə dolu cəmiyyət görmür heçnə Məni satın almaq istədilər, amma qiymətim gəldi baha Güzgüdə ki, adamla səmimi ol O tanıyır səni uşaqlığından və bilir nə var içində Qəzəblə doludu için, doludu kinlə, dolu yarayla Qanla qəlbim, ruhum əbədi, döyüşlərdə mələklər, cinlər [Chorus] Onu danışdırma! O indi öz dünyasında Çırpılır qanadlar, o uçacaq buralardan Bütün mahnılar, misralar mənasız Güya o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün Onu danışdırma! O indi öz dünyasında Çırpılır qanadlar, o uçacaq buralardan Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün Axı o qəhrəmandı, güya o qəhrəmandı [Verse: 3] Mən qayıdıram evə. Anacan, soruşma; Hardan? Necə getmişdim, elə gəlirəm, dəyişmiyib heçnə Hansı qan, hansı yaralar? Bunlar sadəcə cızıq Əl vurma, narahat olma, boş verək, sağalar keçər Mən qayıdıram evə və gətirdim bir həqiqət İstər, bağır dünyaya, istər, sus hər kəsdən gizlət Uzun çəkdi bu həsrət, itirilmiş vaxt üçün üzgünəm Amma yavaş-yavaş başlayıram görməyə özümü güzgüdə [Chorus] Onu danışdırma! O indi öz dünyasında Çırpılır qanadlar, o uçacaq buralardan Bütün mahnılar, misralar mənasız yuxudan oyatmaq üçün Axı o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün Onu danışdırma! O indi öz dünyasında Çırpılır qanadlar, o uçacaq buralardan Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün Axı o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün