H.O.S.T. Alliance - Xronika lyrics

Published

0 790 0

H.O.S.T. Alliance - Xronika lyrics

[Chorus: ErranT] Hər işdə ehtiyatlı ol, hər tərəfdən gələ bilər təhlükə Yüz ölç, bir biç, iş gör təmiz, ailənə sadiq ol, qaytar hörmətə hörmət Bil yerini, hər yerdə az danış, çox öyrən, tanı düşməni-dostu Səbrin olsun, yaxınına kömək elə, amma yaxşılıqlarını vurma minnətə və Heç vaxt demə kim pis, kim yaxşıdır öz səhvini görməmiş Bu gününə görə qiymət vermə heç kimə dünənini bilməmiş Ölməmiş düşmənin tələsib atma silahını yerə əlindən Hər kəsi oxu, tanı bir kitab kimi, amma oxumağa başla əvvəlindən [Verse 1: Qaraqan] Repə başladım 97-dən, ilk vaxtlar çox ağır gəlirdi musiqi beatləri, amma Amaru Shakur, Ruff Ryders, DMX, aqressiv beatləri Dinlədikcə fərqlənirdim Backstreet Boys fanatlarından Pop qrupları 15 mahnı, hamısı sevgidən albomlarında Öz dilimdə dinlədim ilk dəfə Anarın nağıllarını, təsir etdi Sabah Olmayacaq mahnısı məni ilk dəfə qələmə, kağıza əsir etdi Nazil etdi ilham pəriləri, doldu səhifə, sonra doldu dəftər Dəyirmanın üyütdüyü sözləri dinlədim, oxudum günlərlə, həftələrlə Pis dəqiqələrdə Xose gəldi köməyimə, verdi mahnılar sərtlik ürəyimə Westside, Underground, Aftermath, repin içini-çölünü yığdım özəyimə Güc biləyimə gəldi, rep istedad ya da ki lənətdir Çox şey öyrəndim kitablardan, daha çoxunu mənə dərdlər öyrətdi Kim deyir rep yoxdur, rep öldü, getmədi toya, pul almadı, söndü Tərbiyəsizdir, amma yerində söydü, yayılmadı, amma hamı duydu Rapimiz-tariximiz, çağdaş şairlər rep səhnəsində Əsas səs deyil, musiqi deyil, sözdür rep səhnəsində İndi çox deyirlər Xose zəifdir, Anar yoxdur, Dəyirman tamam batıb Amma hər gecə onların sözlərini əzbərləyib, oxuyub, yatıb Repi gətirdilər bizə, gətirdilər düz söz olsa da çətinlik Yaltaqlıq deyil bu mahnı, sadəcə müəllimlərimizə vək**ik! [Chorus: ErranT] Hər işdə ehtiyatlı ol, hər tərəfdən gələ bilər təhlükə Yüz ölç, bir biç, iş gör təmiz, ailənə sadiq ol, qaytar hörmətə hörmət Bil yerini, hər yerdə az danış, çox öyrən, tanı düşməni-dostu Səbrin olsun, yaxınına kömək elə, amma yaxşılıqlarını vurma minnətə və Heç vaxt demə kim pis, kim yaxşıdır öz səhvini görməmiş Bu gününə görə qiymət vermə heç kimə dünənini bilməmiş Ölməmiş düşmənin tələsib atma silahını yerə əlindən Hər kəsi oxu, tanı bir kitab kimi, amma oxumağa başla əvvəlindən [Verse 2: Felon de Jure] Kim nə bilir, diss nədir, beat nədir, heat nədir, Black Wall Street nədir? Nədir G style, nədir F style, neçə saniyə olmalıdır hər battle-da freestyle? Neçə course, neçə verse repdə norma? Neçə bar, neçə sample doğru forma? Nədir sağ mic, nədir sol mic, neçə cür backvoice mümkündür ikili xorda? Rep tək istedadla bitmir, professionallıq gözdən itmir Çox MC seçə bilmir bir-birindən bizdə blood-la cripsi Məsnəvidir rep bizdə adət, repiniz yavaş, sanki istirahət Misralarda yatırsınız, çətin Dirty South sizdə istiqamət Jeans marka Sean John, köynək Ecko, black-white Converse, hamısı ghetto Red bandana, my cap New Era, A-town chain, məndə fərqli sfera H O S T - repdə prestij, bizim işimiz rep dadlı, isti Bəlkə deyil sadə, amma keyfiyyətli, demirəm hip-hopdur capoera Mənim adım Qanuni Cinayət, məzarım pir, qəbrim ziyarət Rap nazirini tutduq girov, indi əlimizdə tam xilafət Tik imarət adıma mənim, hərdən adım gəlmir yadıma mənim Amma tanıyıram böyük-kiçik, hörmət, ar gəlir imdadıma mənim [Chorus: ErranT] Hər işdə ehtiyatlı ol, hər tərəfdən gələ bilər təhlükə Yüz ölç, bir biç, iş gör təmiz, ailənə sadiq ol, qaytar hörmətə hörmət Bil yerini, hər yerdə az danış, çox öyrən, tanı düşməni-dostu Səbrin olsun, yaxınına kömək elə, amma yaxşılıqlarını vurma minnətə və Heç vaxt demə kim pis, kim yaxşıdır öz səhvini görməmiş Bu gününə görə qiymət vermə heç kimə dünənini bilməmiş Ölməmiş düşmənin tələsib atma silahını yerə əlindən Hər kəsi oxu, tanı bir kitab kimi, amma oxumağa başla əvvəlindən