H.O.S.T. Alliance - Neçə lyrics

Published

0 908 0

H.O.S.T. Alliance - Neçə lyrics

[Chorus: Qaraqan] Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha. (2x) [Verse 1: AiD] Neçə günəş gərəkdir ürəyimi isitmək üçün ? Neçə dəniz yuya bilər yaddaşımı və günahlarımı ? Neçə külək gərəkdir göz yaşlarını qurutmaq üçün ? Neçə mələk gərəkdir sənin gözəlliyini unutmaq üçün ? Neçə sınıq saat gərəkdir bu zamanı saxlamaq üçün ? Neçə bəyaz yastıq hönkürüb ürəkdən ağlamaq üçün ? Neçə qanad gərəkdir çırpınım, uçum ulduzlara ? Neçə qıfıl gərəkdir ürəyi bir dəfəlik bağlamaq üçün ? Neçə yağış gərəkdir qurumuş hər ağac çiçəklə dolsun ? Neçə bulud gərəkdir qar dizə kimi gecəylə dolsun ? Neçə məzar gərəkdir dolsun içinə bütün ümidlər ? Meyidlər rahat yatsın, deyin, neçə döşək gərəkdir ? Neçə vərəq gərəkdir, neçə qələm gərəkdir Kağıza mürəkkəb, həyat çox mürəkkəb, çətindir düzəltmək Yaranı sağaltmaq, kədəri azaltmaq, əzabı qısaltmaq Dünyanı əksinə fırlatmaq üçün neçə külək gərəkdir ? [Chorus: Qaraqan] Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha [Verse 2: Jamal Ali] Neçə əsgər lazımdır səngərlərimiz boş qalmasın deyə ? Neçə xəritə lazımdır bizə, millət yolunu azmasın deyə ? Neçə kapsula və dərman ki yaralarımızı keyitsin bir neçə müddətlik ? Neçə fərman ki təbəssüm çöksün üzünə xalqımın bəlkə bir həftəlik ? Neçə demokratik uçuş gətirən təyyarələr neft dalıyca Neçə zolaqlı bayraq xilas edəcək bizi, görəsən, ən dar anda ? Neçə kilsə və məsciddən qorx, qaç, deyəcək dünya hələ bizlərə ? Neçə propoqanda basılar beyinlərə, Hollivud dönəcək siyasətə ? Neçə irqdən insanlar qıracaq bir-birini ancaq dəri rənginə görə ? Neçə cüt göz basdıracaq ümidlərini oğlu-qızıyla bir qəbirə ? Neçə vəhşiliyin şahidi insanlar dönəcəklər manyaklara ? Neçə nüvə silahının nüvələrinin sayı qədər ac insan batacaq səhrasında ? Neçə fitnə, neçə soyqırım ? Neçə ton qan ? Neçə min edam ? Neçə işğal ? De, susum ya qışqırım istehza qoxan alqışlara ? Neçə zindan namus qoruyanına ömürlük həbs elektrik stulları ? Neçə sərhəd ayırası məni məndən, H.O.S.T!, nəqarəti qaytarın! [Chorus: Qaraqan] Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha [Verse 3: Qaraqan] Neçə xəyanət gərəkdir əsl sevginin qədrini bilmək üçün ? Neçə xəstəlik gərəkdir sağlamlığımı düşünmək üçün ? Neçə kədər gərəkdir, bir uşaq gülüşündən xoşbəxt olum ? Neçə düşmən gərəkdir dostlarımın qədrini bilmək üçün ? Neçə yad eldə olmalıyam ki, vətənimə qayıdanda sevinim ? Neçə kasıb, fəqir, yoxsul görməliyəm ki, sadə geyinim ? Neçə gözü yaşlı yetim danışmalıdır mənə çətin həyatdan ki Qaçıb evə, anamın əllərindən öpüb sevdiyimi deyim ? Neçə günah eləməliyəm ki, tövbəm ürəkdən olsun ? İstəyirəm oğlum olsun, qasırğa, həm də küləkdən olsun Neçə il qocalmalıyam ki, cavanlığıma həsrətlə baxım ? Neçə yuxusuz gecə gərəkdir, daş yumşaq döşəkdən olsun ? Neçə dəfə ölümlə qarşılaşmalıyam ki, qayıdım həyata ? Son nəfəs can verəndə qızıldan qiymətli saatlar Neçə il tənha qalmalıyam ki, yenidən sevə bilim ? Neçə şeytan öldürməliyəm ki, Allahı görə bilim mən ? [Chorus: Qaraqan] Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu sevincli səhifə Amma mən yenə yenə yenə tənha. (2x)