Aygün Kazımova - Sevdi Ürək lyrics

Published

0 590 0

Aygün Kazımova - Sevdi Ürək lyrics

Bu nə cür eşq odudur ki, bürüyübdür canımı Özümü atəşə saldım sevib Aygün xanımı O da sanki, aya bənzər, günə bənzər bir adam Ona məncə vurular, aşiq olar hər bir adam Səninlə ki, görüşmüşəm Ah nə yaman dəyişmişəm Mən də bu eşqə düşmüşəm Mən də sevirəm Səninlə ki, görüşmüşəm Ah nə yaman dəyişmişəm Mən də bu eşqə düşmüşəm Mən də sevirəm, mən sevirəm Məni sevsəndə yenə mən daha artıq yanıram Sənə kim eşqini elan eləyir, qısqanıram Öz əlin dəysə sənə, qısqanıram əllərini Mənə qalsa deyərəm, tökmə üzə tellərini Nə günah sahibiyəm ki, axı az danla məni Məni el sevsə də, yalnız səninəm anla məni Hövsələdən çıxma belə Qəlbini heç sıxma belə Şübhə ilə baxma belə Mən də sevirəm Hövsələdən çıxma belə Qəlbini heç sıxma belə Şübhə ilə baxma belə Mən də sevirəm, mən sevirəm Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Nəcə isbat eləyərsən, mənə məhəbbətini Eliyərsənmi, desəm tərk elə öz sənətini O zamanda ürəyim rahat olar dincələrəm Səni bu sevgi də öz yarına sadiq bilərəm Dərk elə öz söhbətini, gəl unut bu niyyətini Sən sevirsən sənətini, mən də sevirəm Dərk elə öz söhbətini, gəl unut bu niyyətini Sən sevirsən sənətini, mən də sevirəm, mən sevirəm Elədirsə qoşulaq bir-birinə ad eləyək Sən oxu məndə deyim, bir təzə icad eləyək Ola gerçək və həyata keçə bu xülyamız Həmi sənət yaşasın, həm də bizim sevdamız Var idi məndə də çoxdan belə bir arzu, dilək Yaradaq mahnı qoyaq biz adını "Sevdi Ürək" Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan Yarım məni sevir yaman, məndə sevirəm Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan Yarım məni sevir yaman, məndə sevirəm, mən sevirəm Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı