Aygün Kazımova - Səsim səsinə öyrəşib lyrics

Published

0 210 0

Aygün Kazımova - Səsim səsinə öyrəşib lyrics

Sənsiz məndə dözüm yoxdur Səndən özgə kəsim yoxdur Səsin yoxsa, səsim yoxdur, Səsim səsinə öyrəşib Çox baxmışam yollarına Qol salmışam qollarına Bəxtim qızıl xallarına Üzüm üzünə öyrəşib Aylar illər keçə-keçə, Bir olmuşuq gündüz-gecə Səndən sonra axı necə Mən özgəsinə öyrəşim... Əlim zərif əllərinə Dilim şirin dillərinə Telim ipək tellərinə, Gözüm gözünə öyrəşib Bu eşqin möhkəmliyini Dəmir kimi, polad kimi Ruhum qaynar həyat kimi, Bu el səsimə öyrəşib Aylar illər keçə-keçə, Bir olmuşuq gündüz-gecə Səndən sonra axı necə, Mən özgəsinə öyrəşim... Aylar illər keçə-keçə, Bir olmuşuq gündüz-gecə Səndən sonra axı necə, Mən özgəsinə öyrəşim... Aylar illər keçə-keçə, Bir olmuşuq gündüz-gecə Səndən sonra axı necə, Mən özgəsinə öyrəşim...