Dünən gördüyün durnalar, Uçub getdi qatar-qatar, Dəyişdi bu zamanlar, Eşqi nakəsə satar Gəl inan bu məhəbbətə, Birgə ömrü vuraq başa Biz yol açaq səadətə, Dönməsin ürək daşa Aylar keçdi, illər ötdü, Xatirələr yada düşdü, Bu sevginin təranəsi El-obada dilə düşdü Demə vaxtım ötüb-keçdi, Döndü acı xatirələr, Demə mənə "artıq gecdi" Mən olmuşam, varam hələ Yenə gözəlmiş bu həyat, Yaratmış Tanrı bizə, Qoy bizim taleyimiz Qovuşdursun bizi bizə Bu ömrümün nəğməsini, Mən dünyaya bağışlaram Tale mənə nə etsə də Mən olmuşam, həm də varam Aylar keçdi, illər ötdü, Xatirələr yada düşdü, Bu sevginin təranəsi El-obada dilə düşdü Demə vaxtım ötüb-keçdi, Döndü acı xatirələr, Demə mənə "artıq gecdi" Mən olmuşam, varam hələ