Ürəyimdə ayaz var Nə qış gedib, nə yaz var Oyatma bənövşəni Kol dibində ayaz var Kədərli axmayaydı Göz yaşım axmayaydı Yad baxmağı bir yana Yad yada baxmayaydı Ürəyimdə ayaz var Nə qış gedib, nə yaz var Oyatma bənövşəni Kol dibində ayaz var Bu dünya çətin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payıza çətin qala Qalanın daşı oldum Gözümün yaşı oldum Dünyada gün görmədim Sevəndə naşı oldum Bu dünya çətin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payıza çətin qala Yanımda qal bir az da Göz yaşı var Araz da Yar yuxusunu danışıb Şəkli qalıb Araz da Yenə də axşam oldu Gün keçdi axşam oldu Gecələr mən alışdım Əriyən şam oldum