{Bənd 1: FreDy Dizzy}
64 Impala xəyalımdadı
Necə Bakıda xəzri ilə gilavar
Əncir ilə gilənar
Bəsti ilə gedir hər nahar, hər bahar
Qıçın qırıb gəl daha
Gedək üzü yaylağa, yonca, üzüm yığmağa
Doludu orda bağ-bağat
Axşamları qurbağa qoymur düzü yatmağa
Düşür neçəsi qarmağa, vaxt gedir çıxarmağa
Çıxanda hər çardağa, ulduzlara baxmağa
Yadıma düşür: Danışan ümüd, qarışan üfüq
Çalışan sütül, alışan tütün, sarışan üzün
Pozur kefimi büs-bütün
Yenə də enmərəm nirvanadan
Cırıb aradan danışın qumbaradan, pul-paradan
Gəlmişəm mən haradan bilir yaradan
Soyuğam boz-qaradan necə qar adam
{Nəqarət: FreDy Dizzy}
Aparır uzağa bizi yollar
Təkərimiz hara fırlansa
At baqaja nə qədər yükün var
Cruise edək dünyanı freelance
{Bənd 2: FreDy Dizzy}
Cash, rules everything around me
C.R.E.A.M. get the money
Dolla, dolla bill yall
Dolacaqdır billboard
Olacaqdır: bellboy əldə piton
İce impala tək ice bir ton
Əynimdə dəstim Louis Vuitton
Mahnılarım hər telə ringtone
Bacarırsan ver buna bir son
{Scat oxumaq: FreDy Dizzy}
{Nəqarət: FreDy Dizzy} x2