Hort3ch - Müəllimlər Günü lyrics

Published

0 164 0

Hort3ch - Müəllimlər Günü lyrics

11A-dır qarşınızda,gəlib sizi təbrik etsin Son ilimiz,lakin heç kim istəmir burdan getsin Bu gün 5 oktyabr,hamımız səmimi qəlbdən Diləyirik qəlbinizdəki arzular həyata yetsin İnanın,incitsək də,dururlar qayğımızda Dəryada boğulsaq,hətta olarlar qayığımız da Son Zəngin tez gəlməsini istəmirik,çünki Bilirik çətin olacaq sizdən ayrılmağımız da Heç nədən çəkinmədən deyə bilirik dərdimizi Biz pis olmayaq deyə gizlədirsiniz kədərinizi Şagirdlər üçün çox əzab-əziyyət çəkmisiniz Müəllim,utanmalıdır bilməyən sizin qədrinizi! Qazanılan hər uğur üçün müəllimə borcluyuq bu gün Çox əzizdir bizə dünyada,hörmətimiz var bu ada O ulduzdur,nur saçan aydır,o bizlərə Tanrıdan paydır Müəllimlər önündə həmən,baş əyərik hər vaxt ürəkdən Öyrətdiyi hər müdrik sözü bizə daim olub dayaq Çətin anda yanaraq özü,yolumuzda olub mayaq Biz bura gəlmişik, müəllim sevgisini ətrafa yayaq Biz bura gəlmişik, yaxşılıqlarınızı hamıya sayaq Siz - sanki gül buketi, ən gözəl dəstə Çətində olanda Səadət xanım oldu bizə dəstək Bura sizin xoş gününüz üçün yığışmışıq Buna görə də ithaf olunur sizlərə bu nadir bəstə Əslində çoxdu,sığmaz rap-ə ürək sözlərimiz İstərik hər zaman üzərimizdə olsun gözləriniz Bu gün qonağımızsınız,minnətdarıq sizlərə İn Şa Allah şən və gözəl keçər gələcək günləriniz