Hort3ch - Ana lyrics

Published

0 179 0

Hort3ch - Ana lyrics

Qadın,sənin qucağında dünyaya mən göz açdım Laylandan ilham alaraq parıldayıb işıq saçdım Bircə an belə pis olduğunu hiss etdiyimdə Harda olsam belə,tam sürətlə sənin yanına qaçdım Yıxıldığımda yanımda oldun,sözlərinlə ayağa qalxdım Çəkdin pərdəni gözümdən,ətrafa daha aydın baxdım Əzizləyirsən məni hələ olsa da,16 yaşım Ən qiymətlidi yanına uzanıb saçını oxşadığım vaxtım Səhəri gözləyirəm,çətindi haqqında yazmaq,ana Sədaqəti öyrətmisən,qoymaram sənin canın yana 16 illik həyat lentimi iki hissəyə bölürəm,bax Yanında olmadığım bir,əlini tutduqlarımsa,başqa yana Adını çəkdikcə əsir bədən,hisslərim gəlir cuşə Harda varsansa,sanki cənnət,ora ən gözəl guşə Gözlər dolur,növbəti misra ağlımdadı,lakin Unuda bilərəm,çünki,səni düşünürəm,elə bil bihuşəm Bağışla məni,olur bəzən yoruram,sözlərimiz düşmür tən Ağlamaq da çox yaraşır,amma görmək istərəm səni hər an şən Baxışlarındakı mərhəmət,sevgi,sədaqət,inam Çox çəkdin əziyyət,çox tez düşdü saçına dən Sən əməliyyat otağında,qorxuruq mən və bacılar Həyatın ağır keçib dözsən də,çəkmisən acılar Mən möhkəm olmalıyam,iki bacının bir qardaşı Qəlbimin dərinliyindən məktub gəldi "Dözə bilmir damcılar" Dolduraram dəftərlər,səndən yazaram hələ bir on il Sevgi dedikdə ağlımda ilk sənsən,rahat ol və bunu bil Çox kövrəksən,incitməyə qıymaz heç bir insan Sətirlərimə ağlama,dözə bilmərəm,göz yaşını sil Halallıq ver mənə,hər işimdə et mənim üçün dua Ana,səhvim varsa,ALLAH-a de ki,günahlarımı yuya Belə biri olmayacaq həyatınızda,dərk edin bunu Bəlkə anasına əzab verənlər azca peşmanlıq hissi duya Nəysə,uzandıqca uzanır,az qalıb indi olacaq roman Yenə də yatmamışam,göz yumulur,yorulmuşam yaman Sənə layiq övlad olmağa çalışmışam hər bir zaman Həyatıma məna qatan,tək ANA yox,həm də mənim üçün canan!