[Intro]
İS!
TƏ!
MİR!
ƏM!
[Verse 1: Qaraqan]
İstəmirəm LCD ekran televizor, 600 kan*l
İstəmirəm 8800, polifonik, tonal
İstəmirəm Adidas, Versace, Dolce-Gabbana
İstəmirəm dəbli geyim, dəbli saç uyğun zamana
İstəmirəm Mc Donald's, Big Mac, Pizza Portofino
İstəmirəm tuz oğlu olum, nə də ki Arlekino
İstəmirəm villa, ömürlük sığorta
İstəmirəm qonşu ac olanda gedim kurorta
İstəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin
İstəmirəm yasım olsun, tanımadığım qohumlar gəlsin
İstəmirəm populyarlıq, şöhrət, hamı məndən danışsın
İstəmirəm məndən başqa həyatıma kimsə qarışsın
İstəmirəm demokratiya, istəmirəm restavratsiya
İstəmirəm azad seçki, dünyaya inteqrasiya
İstəmirəm Qərb mədəniyyəti, Avropasayağı toy
İstəmirəm oğlum bir gün desin "ata, oldum qaluboy"
İstəmirəm valideynlərimin puluyla özümü saxlayım
İstəmirəm yalandan gülüm, ondansa içdən ağlayım
İstəmirəm ölüm geciksin, ya da ki tez gəlsin
İstəmirəm döyüş vaxtı yataqda gözümü bağlayım
İstəmirəm gücüm artsın, artsın ondansa cəsarət
İstəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət
İstəmirəm sevgi, xəyanət sonu hamısının, istəmirəm
Gələcəyimə falçı baxsın, istəmirəm
Yekəpər bədən, ondansa sürətli zərbə
İstəmirəm sizdən alqış, istəməyin məndən səhnə
İstəmirəm fərqlənmək - fərqli görsənmək üçün
İstəmirəm yalan hörmət - içində gizlənmək üçün
[Chorus]
İS! - İstiqamətim fərqli
TƏ! - Tərki dünya qara dərviş
MİR! - Miras qaldı mənə keçmişim
ƏM! - Əmrimə sadiqəm (bir də) 2x
[Verse 2: PRoMete]
Hər səhifə mənim, mən də səhifənin
O, mən, bir də əldə qələmim
Söz güclü, amma deşmə düşməni
Tut, baş hərfləri budur mənim
[Verse 3: Jamal Ali]
İstəmirəm 4 təkər, ona-buna şou göstərmək üçün
İstəmirəm pula alınmış diplom, ağıllı görünmək üçün
İstəmirəm yaşayım ömrümü valideynlərin hesabına
İstəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına
İstəmirəm şəhərdə hörmət, əgər təsbehlə ölçülürsə
İstəmirəm cəmiyyətdən qiymət, qiymət geyimə verilirsə
İstəmirəm şan-şöhrət, özümü gözə soxmalıyamsa
İstəmirəm yaxşı oğlan olum, çayxanada qocalmalıyamsa
İstəmirəm rus dili bilməyənə yuxarıdan aşağı baxılsın
Öz dilində güclə danışmaq bombalıq sayılsın
İstəmirəm elit olum, McTualetdə formalaşım
İstəmirəm sevgilim olsa, onunla mərmərli parkda fırlaşım
İstəmirəm sevilim, onsuz da sevgi pak olmur bu ölkədə
İstəmirəm nə göz yaşı, nə ağı, nə ehsan öləndə
İstəmirəm avtoqraf alasınız, biz ki müqəddəs deyilik
Heykəl indi çoxdur şəhərdə, istəmirəm elə əbədilik
Günün pul, qız, iç, çək - İstəmirəm!
Özün gəz, iç, baş boş, güc - İstəmirəm!
Kef full, dərd, əl, cib, hər nəbz yox, gec başdaş - İstəmirəm!
[Chorus]
İS! - İstiqamətim fərqli
TƏ! - Tərki dünya qara dərviş
MİR! - Miras qaldı mənə keçmişim
ƏM! - Əmrimə sadiqəm (bir də) 4x