(Qara Dərviş) Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim Sən ki, gənc qalmışdın yaddaşımda, 17 yaşında Mən qocalırdım, sən isə cavan idin xəyalımda Uzun telli, ağ bədənli, incə belli... (2) Soyuyub sən demə əllərin Sən demə qocalıbmışsan sən də.. Şəhvətə gətirmir daha gözlərin Qocalmısan, gözəlim... (2) Qocalmısan... (Okaber vers.) Yaralardan axan qanı saxlamır məhrəba Çox zəhərlidi nə süd nə kəhrəba Boz səhrada şeytanı yəhərləmək İnsanı zəhərləmək kimi idi sənsizlik... Tozlu akvarel, quaş, Rembrandt Bir növ xrizantem, rododendron Xatirələrə qərənfillər əkərdin Hündürlükdən qorxmasaydın, çox çəkərdin Mənə deməmişdin, amma yaz bunu Sən əvvəllər “yaz yağmuru” Ölməyə tələsirdin, amma yubandın Sular bulandığı gün ürək də bulandı Sən axı bütün arzuları devirdin Sən axı tək yatmağı sevirdin Heç kəsə demirdin, dərin dərdlərini
Gizlətdin, yatağı cırmaqlayan əllərini Qırmızı dodaq, qırmızı filtr, tüstülər... Bədən soyuqdan dona bilərmiş istidə Tənhalıq, depressiya, vahimə, soyuq tər Xatirələr, köhnə məktublar, bəd xəbər... Alkoqol, narkotik, lirika, preparatlar Radioda vals boston, qarışıq həyatlar Qarışıq saçlar, geyim, qarışıq işlərin Və pritona ayaq basan növbəti müştərin Süni gülüşlərin, qısa öpüşlərin Sənə pul qazandıran saatla görüşlərin Hər gün görürəm səni nə qədər alçalmısan Qırışıb əllərin sən demə qocalmısan! (Mən dəhşətə gəlmişəm...) (Qara Dərviş) Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim Sən ki, gənc qalmışdın yaddaşımda, 17 yaşında Mən qocalırdım, sən isə cavan idin xəyalımda Uzun telli, ağ bədənli, incə belli... Soyuyub sən demə əllərin Sən demə qocalıbmışsan, sən də.. Şəhvətə gətirmir daha gözlərin Qocalmısan, gözəlim... (3)