[Bənd 1: Okaber] Elə bil MS-13, Yakudza, Kasta qurublar! Marsda buruqlar tapılır Usta kruqları dağıdır asta qruplar Hansı ki gözləri qan səhərə qədər postda durublar Bizdə belədi gərdişi-dövran Hər işi böhran olanın, vərdişi böhtan Gəlmişi çoxdan unudub keçmişini bu qədər sadə Vəziyyət fövqəladə! Dön gəl Adəm! Adə, mənə bax biradər Bu qədər matəm niyə? Madam hər kəs bərabər Danışır soyqırımdan, danışıdıqca soy qırılır Deyir ki: “üzümə tüpür, döy məni, söy qırılım” Əşşi nəisə.. Bir gün başıvız daşa dəysə Ölümün gözünə baxın 10 nəfərin 5-i geysə İncə-mincə, domestic animal ya da pet Bizlər lycan, majestic cannibal ya da Mad! [Nəqarət 2x: Okaber] Mən. Siz. Birdə külək, birdə yağış! Sülh. Hərb. Müharibə. Yoxdu barış! Gəl. Bax. Gələn gedir, gedən ölür! Dön get #OnÜç addım, geriyə dön gəl! [Bənd 2: Okaber] Mənə lazım deyil qafiyə əvəzinə rhyme demək Əsas daim demək! Kim nə qədər hit yazıb?
Bilmirəm sayın bilək Medal asaq boynundan, ağzının payını verək! Qlamur həyat tərzinə can atır can xanım Gönçeyigül Badi-Səfa Tövhə Müşərrəf Pikə Sultan xanım Adriana Lima karması Mənim sinəm dəftər, beynim mina tarlası Tər basır düşməni - atıram replika Satıram papryka, ədəbiyyata rap qatıram Bir dənə Ustad var öldürəcək ulduzlar onu Uşaqlıq travmam dostumun sevdiyi qızlar olub Show-business'i tanımıram əsl show rap Bura Alcatraz, Guantanamo, Shawshank Divarlar qan içində, qanlı əllər murdar Dəlixanaya xoş gəldin! Hər şey xaotik burda [Nəqarət 2x: Okaber] [Outro: Ali Khayyam] Əsas gözlərimi anla Sözlərimi başa düşməsən də olar Özündən keçib gəlməlisən Yoxsa bağlanar üzünə ilahi qapılar Sevgi ən vacib şərtdir Səcdə etməsən də olar Qurd ziyafətində bütün balıqları dünyanın Allah çəkəcək qarmağın Bu gün dostların yarısı əclaflıq titulunda Oyanmışıq qardaş, xeyirli olsun sabahın