{Bənd 1} {Ehtiram Hüseynov} Dağların başı qara Dibinin daşı qara Məni bir qız anladı Gözü göy, qaşı qara Əzizim, yana dağlar Od düşüb yana dağlar O gözələ deyin ki Baxsın bu yana, dağlar {Lalə Məmmədova} Ay oğlan, çıraqlısan Əsli Qarabağlısan Bir gözəl yar ucundan Sən də sinədağlısan Ay deyiləm, ulduzam Gəlin deyiləm, qızam Kənardan nə baxırsan? Gəl yaxına, yalqızam {Ehtiram Hüseynov} Başı od saçlı dağlar Səndən kim aşdı, dağlar? Yatdım yuxuya daldım Maralım qaçdı, dağlar Ay getdi, il də gəldi Dövranım belə gəldi Səndən cavab alınca Dağ-daş da dilə gəldi {Bənd 2} {Lalə Məmmədova} Əzizim, gülə düşə Gün deyil, gülə düşə Qorxuram ki, eşqimiz Məcnun kökünə düşə Güllər açır, deyərəm Ətir saçır, deyərəm
Əgər sən igid olsan Məni qaçır - deyərəm Bəxtimi güldürəydin Əğyarı öldürəydin Mən, yarım - Leyli, Məcnun Aləmə bildirəydin {Ehtiram Hüseynov} Əzizinəm, sel gələr Yağış yağar, sel gələr Gözəl qız qapısına Elçiliyə el gələr {Lalə Məmmədova} Aman, aman-aman Ay aman, aman, ay yar... Yar... Yar... Aman, aman-aman Ay aman, ah, yar, aman... Ay aman, ay aman... {Ehtiram Hüseynov} Əzizinəm, sel gələr Yağış yağar, sel gələr Gözəl qız qapısına Elçiliyə el gələr Ay aman, ey... {Lalə Məmmədova} Bəxtimi güldürəydin Əğyarı öldürəydin Mən, yarım - Leyli, Məcnun Aləmə bildirəydin Əziziyəm, sel gələr Yağış yağar, sel gələr {Ehtiram Hüseynov} Gözəl qız qapısına Elçiliyə El gələr