[Chorus: ErranT]
Hər işdə ehtiyatlı ol, hər tərəfdən gələ bilər təhlükə
Yüz ölç, bir biç, iş gör təmiz, ailənə sadiq ol, qaytar hörmətə hörmət
Bil yerini, hər yerdə az danış, çox öyrən, tanı düşməni-dostu
Səbrin olsun, yaxınına kömək elə, amma yaxşılıqlarını vurma minnətə və
Heç vaxt demə kim pis, kim yaxşıdır öz səhvini görməmiş
Bu gününə görə qiymət vermə heç kimə dünənini bilməmiş
Ölməmiş düşmənin tələsib atma silahını yerə əlindən
Hər kəsi oxu, tanı bir kitab kimi, amma oxumağa başla əvvəlindən
[Verse 1: Qaraqan]
Repə başladım 97-dən, ilk vaxtlar çox ağır gəlirdi musiqi beatləri, amma Amaru Shakur, Ruff Ryders, DMX, aqressiv beatləri
Dinlədikcə fərqlənirdim Backstreet Boys fanatlarından
Pop qrupları 15 mahnı, hamısı sevgidən albomlarında
Öz dilimdə dinlədim ilk dəfə Anarın nağıllarını, təsir etdi
Sabah Olmayacaq mahnısı məni ilk dəfə qələmə, kağıza əsir etdi
Nazil etdi ilham pəriləri, doldu səhifə, sonra doldu dəftər
Dəyirmanın üyütdüyü sözləri dinlədim, oxudum günlərlə, həftələrlə
Pis dəqiqələrdə Xose gəldi köməyimə, verdi mahnılar sərtlik ürəyimə
Westside, Underground, Aftermath, repin içini-çölünü yığdım özəyimə
Güc biləyimə gəldi, rep istedad ya da ki lənətdir
Çox şey öyrəndim kitablardan, daha çoxunu mənə dərdlər öyrətdi
Kim deyir rep yoxdur, rep öldü, getmədi toya, pul almadı, söndü
Tərbiyəsizdir, amma yerində söydü, yayılmadı, amma hamı duydu
Rapimiz-tariximiz, çağdaş şairlər rep səhnəsində
Əsas səs deyil, musiqi deyil, sözdür rep səhnəsində
İndi çox deyirlər Xose zəifdir, Anar yoxdur, Dəyirman tamam batıb
Amma hər gecə onların sözlərini əzbərləyib, oxuyub, yatıb
Repi gətirdilər bizə, gətirdilər düz söz olsa da çətinlik
Yaltaqlıq deyil bu mahnı, sadəcə müəllimlərimizə vək**ik!
[Chorus: ErranT]
Hər işdə ehtiyatlı ol, hər tərəfdən gələ bilər təhlükə
Yüz ölç, bir biç, iş gör təmiz, ailənə sadiq ol, qaytar hörmətə hörmət
Bil yerini, hər yerdə az danış, çox öyrən, tanı düşməni-dostu
Səbrin olsun, yaxınına kömək elə, amma yaxşılıqlarını vurma minnətə və
Heç vaxt demə kim pis, kim yaxşıdır öz səhvini görməmiş
Bu gününə görə qiymət vermə heç kimə dünənini bilməmiş
Ölməmiş düşmənin tələsib atma silahını yerə əlindən
Hər kəsi oxu, tanı bir kitab kimi, amma oxumağa başla əvvəlindən
[Verse 2: Felon de Jure]
Kim nə bilir, diss nədir, beat nədir, heat nədir, Black Wall Street nədir?
Nədir G style, nədir F style, neçə saniyə olmalıdır hər battle-da freestyle?
Neçə course, neçə verse repdə norma? Neçə bar, neçə sample doğru forma?
Nədir sağ mic, nədir sol mic, neçə cür backvoice mümkündür ikili xorda?
Rep tək istedadla bitmir, professionallıq gözdən itmir
Çox MC seçə bilmir bir-birindən bizdə blood-la cripsi
Məsnəvidir rep bizdə adət, repiniz yavaş, sanki istirahət
Misralarda yatırsınız, çətin Dirty South sizdə istiqamət
Jeans marka Sean John, köynək Ecko, black-white Converse, hamısı ghetto
Red bandana, my cap New Era, A-town chain, məndə fərqli sfera
H O S T - repdə prestij, bizim işimiz rep dadlı, isti
Bəlkə deyil sadə, amma keyfiyyətli, demirəm hip-hopdur capoera
Mənim adım Qanuni Cinayət, məzarım pir, qəbrim ziyarət
Rap nazirini tutduq girov, indi əlimizdə tam xilafət
Tik imarət adıma mənim, hərdən adım gəlmir yadıma mənim
Amma tanıyıram böyük-kiçik, hörmət, ar gəlir imdadıma mənim