[Chorus: Qaraqan]
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha. (2x)
[Verse 1: AiD]
Neçə günəş gərəkdir ürəyimi isitmək üçün ?
Neçə dəniz yuya bilər yaddaşımı və günahlarımı ?
Neçə külək gərəkdir göz yaşlarını qurutmaq üçün ?
Neçə mələk gərəkdir sənin gözəlliyini unutmaq üçün ?
Neçə sınıq saat gərəkdir bu zamanı saxlamaq üçün ?
Neçə bəyaz yastıq hönkürüb ürəkdən ağlamaq üçün ?
Neçə qanad gərəkdir çırpınım, uçum ulduzlara ?
Neçə qıfıl gərəkdir ürəyi bir dəfəlik bağlamaq üçün ?
Neçə yağış gərəkdir qurumuş hər ağac çiçəklə dolsun ?
Neçə bulud gərəkdir qar dizə kimi gecəylə dolsun ?
Neçə məzar gərəkdir dolsun içinə bütün ümidlər ?
Meyidlər rahat yatsın, deyin, neçə döşək gərəkdir ?
Neçə vərəq gərəkdir, neçə qələm gərəkdir
Kağıza mürəkkəb, həyat çox mürəkkəb, çətindir düzəltmək
Yaranı sağaltmaq, kədəri azaltmaq, əzabı qısaltmaq
Dünyanı əksinə fırlatmaq üçün neçə külək gərəkdir ?
[Chorus: Qaraqan]
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha
[Verse 2: Jamal Ali]
Neçə əsgər lazımdır səngərlərimiz boş qalmasın deyə ?
Neçə xəritə lazımdır bizə, millət yolunu azmasın deyə ?
Neçə kapsula və dərman ki yaralarımızı keyitsin bir neçə müddətlik ?
Neçə fərman ki təbəssüm çöksün üzünə xalqımın bəlkə bir həftəlik ?
Neçə demokratik uçuş gətirən təyyarələr neft dalıyca
Neçə zolaqlı bayraq xilas edəcək bizi, görəsən, ən dar anda ?
Neçə kilsə və məsciddən qorx, qaç, deyəcək dünya hələ bizlərə ?
Neçə propoqanda basılar beyinlərə, Hollivud dönəcək siyasətə ?
Neçə irqdən insanlar qıracaq bir-birini ancaq dəri rənginə görə ?
Neçə cüt göz basdıracaq ümidlərini oğlu-qızıyla bir qəbirə ?
Neçə vəhşiliyin şahidi insanlar dönəcəklər manyaklara ?
Neçə nüvə silahının nüvələrinin sayı qədər ac insan batacaq səhrasında ?
Neçə fitnə, neçə soyqırım ? Neçə ton qan ? Neçə min edam ?
Neçə işğal ? De, susum ya qışqırım istehza qoxan alqışlara ?
Neçə zindan namus qoruyanına ömürlük həbs elektrik stulları ?
Neçə sərhəd ayırası məni məndən, H.O.S.T!, nəqarəti qaytarın!
[Chorus: Qaraqan]
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha
[Verse 3: Qaraqan]
Neçə xəyanət gərəkdir əsl sevginin qədrini bilmək üçün ?
Neçə xəstəlik gərəkdir sağlamlığımı düşünmək üçün ?
Neçə kədər gərəkdir, bir uşaq gülüşündən xoşbəxt olum ?
Neçə düşmən gərəkdir dostlarımın qədrini bilmək üçün ?
Neçə yad eldə olmalıyam ki, vətənimə qayıdanda sevinim ?
Neçə kasıb, fəqir, yoxsul görməliyəm ki, sadə geyinim ?
Neçə gözü yaşlı yetim danışmalıdır mənə çətin həyatdan ki
Qaçıb evə, anamın əllərindən öpüb sevdiyimi deyim ?
Neçə günah eləməliyəm ki, tövbəm ürəkdən olsun ?
İstəyirəm oğlum olsun, qasırğa, həm də küləkdən olsun
Neçə il qocalmalıyam ki, cavanlığıma həsrətlə baxım ?
Neçə yuxusuz gecə gərəkdir, daş yumşaq döşəkdən olsun ?
Neçə dəfə ölümlə qarşılaşmalıyam ki, qayıdım həyata ?
Son nəfəs can verəndə qızıldan qiymətli saatlar
Neçə il tənha qalmalıyam ki, yenidən sevə bilim ?
Neçə şeytan öldürməliyəm ki, Allahı görə bilim mən ?
[Chorus: Qaraqan]
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha. (2x)