Əriyən beynim məni aldadır. Məndə başlayan dairə, qaralır, Soyuq sevinc məni yarıda qoyub, Uzaqlaşıram, fərqi yoxdur. Arxandan nələr deyir şeytanlar. Dəyişir şərqdə, qərbdə, ulduzlar. Tacımın üstünü bağlayır qara qar. Şahidəm, yenə, öz məhkəmdə.
Ulduzumu itirmişəm! (Yuxu)? qarşında dəryalar... Məndə başlayan dairə, məndə bitir. Heykəlləşmiş mərhəmət (əlində)? qan tutur Küləyin qucağından, qovulub. Bütləri yıxıb, diz çökür (yuxumda)? birləşir yumruqlar!