Nədir bu Tapa bilmirəm İtirmişəm Ünvanı
Eyni Hər kəs bir birinin Nüsxası
Gözlərim bağlı görmürəm Xülyanı
Gəl artıq dərviş Aydınlat bu dünyanı
——————————————————
Verse 1
—————-
Ağzını açdın Çirk axır Nəfəsindən
Asandı yaşamaq gülmək Həvəsində
Varoluş Səfərində
Yolun sonu Vicdan Qəfəsində
Vicdan yoxsulu Günah Divarı
Saymadan Mənimsə Günahı
Yolsuz Dünyanın
Gücsüz Qurbanı
“ı-ı” Üzr İstəmirəm
Boşuna Yaşayırsan İşgəncədə
Fəryad sandığın boşuna Vəsvəsə
Gözləmədən ruhunu Fəth edər
Qırılmayan çərçəvən işləyib Zərrənə
Danışmasan baxışların edir Dərbədər
Güvəndiyin sütun yıxıldı ilk zərbədə
Yerdə olan qırıqlar da Sənindilər
——————————————————-
Verse 2
———
Danış mənə gözündəki nifrətdən
Solundaki zalım mələyə Zülm et
Xilas ol Gözü Kor edən Kibrindən
Vicdanına qəsd edən kininə Qəst et
Tək olaq qarmaşıq Səmada
Qorxularına xəbər Çatmadan
Ruhundaki son gəmi Batmadan
Danış mənə gözündəki İllət nifrətdən
Hook
———
Nədir bu Tapa bilmirəm İtirmişəm Ünvanı
Eyni Hər kəs bir birinin Nüsxası
Gözlərim bağlı görmürəm Xülyanı
Gəl artıq dərviş Aydınlat bu dünyanı